Valideynlərinin "Bizimləsən" verilişində axtardığı yeniyetmənin meyiti Sumqayıtda dənizin sahilində tapılıb VİDEO

Valideynlərinin "Bizimləsən" verilişində axtardığı yeniyetmənin meyiti Sumqayıtda dənizin sahilində tapılıb  <span class="red_color">VİDEO
# 22 iyun 2021 23:01 (UTC +04:00)

Sumqayıtda itkin kimi axtarışda olan şəxsin dənizdə boğulduğu müəyyən edilib.

APA-nın yerli bürosunun məlumatına görə, bu gün axşam saatlarında Xəzər dənizinin Sumqayıt sahilində “Katamaran” istirahət mərkəzinin ərazisində dənizdən kişi meyiti tapılıb.

Aparılan araşdırma zamanı boğulan şəxsin 2005-ci il təvəllüdlü Zalov Qubad Xəqani oğlu olduğu müəyyənləşib. Mərhumun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, 16 yaşlı yeniyetmə iyunun 20-dən evdən çıxması və bir daha geri qayıtmaması ilə bağlı valideynləri ATV-də yayımlanan “Bizimləsən” verilişinə müraciət etmişdi. Məlumata görə, Q.Zalov atasının ona şillə vurmasına görə yaşadığı evi tərk edibmiş.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR