Xaçmazda alkoqolsuz içkilərin istehsalı müəssisəsinin fəaliyyəti dayandırılıb - FOTO - VİDEO - YENİLƏNİB

Xaçmazda alkoqolsuz içkilərin istehsalı müəssisəsinin fəaliyyəti dayandırılıb - <span class="red_color">FOTO - <span class="red_color">VİDEO - <span class="red_color">YENİLƏNİB
# 22 iyun 2021 12:41 (UTC +04:00)

Xaçmazda alkoqolsuz içkilərin istehsalı müəssisəsində yoxlama həyata keçirilib. Qida Təhlükəsizliyi Agentliyi (AQTA)-nın yerli bölməsindən APA-ya verilən məlumata görə, sanitar texniki, sanitar gigiyenik vəziyyəti, o cümlədən  qida təhlükəsizliyi sahəsində normativ hüquqi tələblərinə uyğun olmadan fəaliyyət göstərən sex aşkarlanıb. Bildirilib ki, “MİR” MMC-də keçirilən yoxlama zamanı məhsulların istehsalı zamanı texnoloji ardıcıllığa riayət olunmaması müəyyənləşib. Həmçinin istehsal müəssisəsində istifadə olunan suyun laborator müayinələrinin həyata keçirilmədiyi, məhsulların üzərində istehsal tarixlərinin təhrif olunmuş halda qeyd olunduğu məlum olub.

Aşkar olunan fakt əsasında qanunvericiliyin tələblərinə çərçivəsində tədbirlər görülüb və sexin fəaliyyəti dayandırılıb.

Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyalarına göndərilib. 

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR