Xaçmazda üzərinə ağac düşən 45 yaşlı kişi ölüb

 Xaçmazda üzərinə ağac düşən 45 yaşlı kişi ölüb
# 27 noyabr 2021 20:16 (UTC +04:00)

Xaçmaz rayonu ərazisində bədbəxt hadisə baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yalama kəndində qeydə alınıb.
Kənd sakini, 1976-cı il təvəllüdlü Vilayət Həsənov üzərinə ağac düşməsi nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR