Xəzər rayonunda narkotik satışı ilə məşğul olan şəxs saxlanılıb - VİDEO

Xəzər rayonunda narkotik satışı ilə məşğul olan şəxs saxlanılıb

© APA | Xəzər rayonunda narkotik satışı ilə məşğul olan şəxs saxlanılıb

# 01 sentyabr 2021 12:25 (UTC +04:00)

Polis əməkdaşları tərəfindən Xəzər rayonunda narkotik vasitə, eləcə də psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbiri nəticəsində rayonun müxtəlif ərazilərində, xüsusən Binə qəsəbəsində narkotik vasitələrin və psixotrop maddə olan metamfetaminin satışını təşkil edən daha 1 nəfər tutulub.
Əməliyyatlar zamanı paytaxt sakini Zaman Əliyev axlanılaraq istintaqa təqdim olunub. Bu şəxsin üzərinə və evinə baxış zamanı külli miqdarda yüksək təsiredici xassəyə malik ümumi çəkisi 3 kiloqrama yaxın olan narkotik vasitə heroin və marixuana, eləcə də psixotrop maddə metamfetamin, həmçinin 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb. Saxlanılan şəxs izahatında metamfetamin və heroindən istifadə etməklə yanaşı satışı ilə də məşğul olduğunu da etiraf edib.
Faktla bağlı 3-cü Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Xəzər rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR