Xilasedicilər Bakıda insanların hərəkəti üçün yaranmış təhlükəni aradan qaldırıb

Xilasedicilər Bakıda insanların hərəkəti üçün yaranmış təhlükəni aradan qaldırıb
# 14 may 2021 21:40 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakının Nərimanov rayonunda dördmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsinin eyvanından daş parçasının asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən məlumata görə, ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Xilasedicilər daş parçasını müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR