Yevlaxda silsilə şəkildə oğurluq edən şəxs saxlanılıb

Balabəy Cəfərov, saxlanılan şəxs

© APA | Balabəy Cəfərov, saxlanılan şəxs

# 26 iyul 2021 11:27 (UTC +04:00)

Bir qrup rayon sakini Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək onlara məxsus fərdi yaşayış evlərindən və eləcə də, xəstəxanadan oğurluq edilməsi barədə məlumatlar veriblər.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, daxil olmuş məlumatlar əsasında Yevlax RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən, rayon sakini, əvvəllər məhkum edilmiş Balabəy Cəfərov saxlanılıb. Araşdırmalarla onun 3 fərdi yaşayış evindən və xəstəxanadan televizor, noutbuk, samovar, elektrik kabelləri və nəğd pul oğurlamaqla vətəndaşlara maddi ziyan vurduğu müəyyən edilib. Dinidirilmə zamanı B.Cəfərov törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR