Zaqatalada 2 tona yaxın narkotik vasitə məhv edilib - FOTO

Zaqatalada 2 tona yaxın narkotik vasitə məhv edilib - FOTO
# 28 iyun 2021 10:01 (UTC +04:00)

Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Kürdəmir kəndində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, ümumi çəkisi 1 ton 900 kiloqram olan 2950 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR