Abşeronda dənizdə batan 25 yaşlı oğlanın meyiti tapılıb

Abşeronda dənizdə batan 25 yaşlı oğlanın meyiti tapılıb
# 28 avqust 2020 16:50 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində, dənizdə (nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

APA Nazirliyin saytına istinadən xəbər verir ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1995-ci il təvəllüdlü İmamhüseynov Anar Rasim oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR