Abşeronda kişinin başına küt alətlə vuraraq 15 min manatdan çox pulunu oğurlayan şəxslər tutulub

Abşeronda kişinin başına küt alətlə vuraraq 15 min manatdan çox pulunu oğurlayan şəxslər tutulub
# 24 avqust 2020 11:15 (UTC +04:00)

Abşeronda kişinin başına küt alətlə vurub, 15 min manatdan çox pulunu oğurlayan şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Daxili İşlər Nazirliyinin, Baş Cinayətlərlə Axtarış İdarəsi, Abşeron Rayon Polis İdarəsi və Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 21-də Abşeron rayonu ərazisində R.Cavadovun baş nahiyəsinə küt alətlə xəsarət yetirib “Opel” markalı avtomobilindən içərisində 7 000 ABŞ dolları və 5341 manat olan çantanı aparmaqda şübhəli bilinən Cəlilabad rayon sakinləri Ə.Həmzəyev və S.Həmzəyev saxlanılıb, daha bir nəfərin şəxsiyyəti isə müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR