Ağcabədidə avtomobil ağaca çırpılıb, bir nəfər ölüb

Ağcabədidə avtomobil ağaca çırpılıb, bir nəfər ölüb
# 27 iyun 2020 13:07 (UTC +04:00)

Ağcabədidə sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-YA verilən məlumata görə, iyunun 26-da saat 20 radələrində Ağcabədi rayonunun Hüsülü kəndi ərazisində kənd sakini Nurlan Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili ağaca vurub. Qəza nəticəsində sürücü hadisə yerində ölüb.

Faktla bağlı Ağcabədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Sail Ağasəlim

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR