Ağstafada avtomobilin aşması nəticəsində iki nəfər xəsarət alıb

#
# 18:12
25 iyul 2020

Ağstafa rayonunda minik avtomobilinin aşması nəticəsində iki nəfər xəsarət alıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Saloğlu kəndində qeydə alınıb. Hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili idarəetməni itirib. Nəticədə, avtomobil yoldan çıxaraq dərəyə aşıb. Qəza zamanı avtomobildə olan 1994-cü il təvəllüdlü Vəkilov Növrə və 1978-ci il təvəllüdlü Qurbanov Elnur xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Hər iki yaralının vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR