Astara sakini yük maşınının altında qalaraq ölüb

Astara sakini yük maşınının altında qalaraq ölüb
# 09 aprel 2021 12:54 (UTC +04:00)

Astarada 56 yaşlı kişi yol qəzasında ölüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə səhər saat 9 radələrində rayonun Marzəsəy kəndində qeydə alınıb. Vüqar Xankişi oğlu Aslanovun idarə etdiyi "KamAZ" markalı avtomobillə Sahil Səfərəli oğlu Vəliyevin evinə mişardaşı aparan zaman bədbəxt hadisə baş verib. Belə ki, dağlıq yolda nəqliyyat vasitəsi idarəetmədən çıxıb və aşıb. Nəticədə avtomobilin yük yerində mişardaşlarının üstündə oturmuş 1965-ci il təvəllüdlü Sahil Vəliyev hadisə yerində dünyasını dəyişib.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR