Astarada balıqçı vətəgələrindən oğurluq edən dəstə üzvləri saxlanılıb - FOTO

Astarada balıqçı vətəgələrindən oğurluq edən dəstə üzvləri saxlanılıb - FOTO
# 06 noyabr 2020 11:04 (UTC +04:00)

Astarada balıqçı vətəgələrinə qənim kəsilən dəstə üzvləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Astara rayon sakini B.Əliyev Rayon Polis Şöbəsinə müraciət edərək Qamışlı kəndində yerləşən ona məxsus vətəgədən gecə saatlarında balıq ovu üçün nəzərdə tutulmuş ümumilikdə 2000 manat dəyəri olan torların oğurlandığını bildirib.

Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların Astara rayon sakinləri Bəhruz Səmədov, Şəhram Bəşirov və Suad Rasimzadə olduqları müəyyən edilib. Onların ətrafında aparılan əməliyyat tədbirləri ilə saxlanılan şəxslərin Qamışlı kənd sakini olan daha bir nəfərin 350 manat dəyərində balıq torlarını oğurladıqları məlum olub. Oğurlanmış balıq torları onlardan aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR