BMT-nin korrupsiyaya qarşı mübarizə üzrə Tərəf Dövlətləri arasında videokonfrans formatında qeyri-rəsmi görüş olub

BMT-nin korrupsiyaya qarşı mübarizə üzrə Tərəf Dövlətləri arasında videokonfrans formatında qeyri-rəsmi görüş olub
# 28 iyul 2020 15:34 (UTC +04:00)

İyulun 21-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Vyana Ofisində 2021-ci ildə keçirilməsi nəzərdə tutulan BMT-nın Baş Assambleyasının korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş Xüsusi Sessiyası (UNGASS 2021) çərçivəsində qəbul ediləcək siyasi bəyannamə layihəsi ilə əlaqədar Tərəf Dövlətləri arasında videokonfrans formatında qeyri-rəsmi görüş keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, BMT-nin nümayəndələrinin, ABŞ, Böyük Britaniya, Avstraliya, Niderland Krallığı, Meksika Birləşmiş Ştatları, Peru Respublikası, Rusiya Federasiyası, Braziliya Federativ Respublikası, Çin Xalq Respublikası və Korrupsiya əleyhinə Konvensiyaya (UNCAC) tərəf olan digər dövlətlərin təmsilçilərinin qatıldığı tədbirdə Azərbaycan Respublikasının nümayəndə heyəti qismində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəis müavini İsfəndiyar Hacıyev və Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyinin birinci katibi Şahin Şahyarov iştirak edib.

Tədbirdə əvvəlki müzakirələrin davamı olaraq, siyasi bəyannamə layihəsi həmsədrlər- Peru Respublikasının Avstriya Respublikasındakı səfiri Erik Anderson və Birləşmiş Ərəb Əmirliklərinin səfiri Hamad Alkaabi tərəfindən iştirakçılara təqdim edilib, Tərəf Dövlətlərinin nümayəndələri tərəfindən layihə ilə bağlı yaranan problemlərə dair müzakirələr və geniş fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR