Prokurorluq orqanlarında yeni təyinatlar olub.
APA-nın məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmrlər imzalayıb.
Əmrlərə əsasən, Fərid Əli oğlu Şükürov Bakı hərbi prokuroru, Elşən Əli-Məmmədov Zaqatala hərbi prokuroru, Surxay Hüseynov isə Qarabağ hərbi prokuroru vəzifələrinə təyin ediliblər.