Bakı-Sumqayıt yolunda mikroavtobus velosipedçini vuraraq öldürüb

Bakı-Sumqayıt yolunda mikroavtobus velosipedçini vuraraq öldürüb
# 16 iyul 2020 11:34 (UTC +04:00)

Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə avtomobil yolunun Sumqayıtdan keçən hissəsində qeydə alınıb. Belə ki, "Hyundai" markalı mikroavtobus velosiped sürən Abşeron rayonu Saray qəsəbəsinin sakini, 1992-ci il təvəllüdlü Tahirov Əflatun Ərəstun oğlunu vurub. Qəza nəticəsində 28 yaşlı gənc mikroavtobusun altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR