Bakı metrosunda polisin əmrinə tabe olmayan şəxslərin həbs müddəti uzadılıb

Bakı metrosunda polisin əmrinə tabe olmayan şəxslərin həbs müddəti uzadılıb
# 29 avqust 2020 13:16 (UTC +04:00)

Bakı metropolitenində polisin qanuni əmrinə tabe olmayan şəxslər – Ramin Baxışov, Allahverdi İmanquliyev, Şirzad Şirzadov, Taleh Baxşıyev və Sərvan Kərimov barəsində seçilmiş həbs qətimkan tədbirin uzadılması ilə bağlı istintaq orqanın təqdimatına baxılıb.

APA-nın məlumatına görə, Nizami rayon Məhkəməsində Mətanət Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə istintaq orqanın təqdimat təmin edilib. Qərara əsasən təqsirləndirilən şəxslər barəsində seçilən həbs müddəti uzadılıb.

Qeyd edək ki, Bakı metropolitenində xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara qarşı müqavimət göstərməyə cəhd edərək ictimai yerdə xuliqanlıq hərəkətlərinə yol verən Bakı şəhər sakinləri Tatyana Ulankina, Ramin Baxışov, Allahverdi İmanquliyev, Şirzad Şirzadov, Taleh Baxşıyev və Sərvan Kərimov saxlanılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) və 221-ci (Xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb olunublar. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR