Bakı və Abşeronda evlərdən 11 min manatlıq oğurluq edilib

#
# 13:20
12 aprel 2021

Bakı və Abşeronda oğurluq edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, aprelin 10-da rayon ərazisindəki evlərin birindən 4358 manat dəyərində inşaat materialları oğurlanıb. Sabunçu polisi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri A.Vəliyev və Q.Məmmədov müəyyən edilərək saxlanılıb.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə müxtəlif vaxtlarda rayon ərazisindəki 3 evdən ümumilikdə 4 ədəd televizor, 2 ədəd kondisioner, 2 ədəd su mühərriki, 1 ədəd çadır, 1 ədəd samovar, 5000 manat dəyərində 2 ədəd xalça, 4 ədəd tikiş maşını, 1 ədəd qəlyan, 1750 manat dəyərində məişət əşyaları, habelə N.Fətəliyevin evindən “İJ-43” markalı ov tüfəngi, məişət əşyası, təmir-tikinti aləti oğurlamaqda şübhəli bilinən Novxanı qəsəbə sakinləri N.Məmmədov və əvvəllər məhkum olunmuş V.Qasımov saxlanılıblar.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR