Bakıda ahıl kişi avtobusda ölüb

Bakıda ahıl kişi avtobusda ölüb
# 04 sentyabr 2020 14:08 (UTC +04:00)

Bakıda ahıl kişi avtobusda ölüb.

APA-nın xəbərinə görə, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb.

Rayon sakini, 1950-ci il təvəllüdlü Bəxtiyar Mustafayevin marşrut avtobuslarından birində qəfildən halı pisləşib. Hadisə yerinə təcili yardım briqadası cəlb olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin ehtimala görə, B. Mustafayev ürəktutmasından ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR