Bakıda avtomobil piyadanı vurub

Bakıda avtomobil piyadanı vurub
# 30 noyabr 2020 16:23 (UTC +04:00)

Bakıda piyada qadını avtomobil vurub.

APA-nın məlumatına görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.

1972-ci il təvəllüdlü Niftəliyeva Yasəmən İdris qızı yolu keçərkən onu minik avtomobili vurub.

Ağır xəsarət alan piyada 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.

Hazırda qadının vəziyyəti ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR