Bakıda çimərlikdə avtomobil yanıb - FOTO - VİDEO

Bakıda çimərlikdə avtomobil yanıb - FOTO - VİDEO
# 16 avqust 2020 16:50 (UTC +04:00)

Bakıda hərəkətsiz halda olan avtomobil yanıb.

APA-nın xəbərinə görə, hadisə Səbail rayonu, Şıx qəsəbəsində yerləşən çimərlikdə qeydə alınıb.

Hadisə zamanı hərəkətsiz halda olan "Niva" markalı avtomobil qəfildən alışıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.

Yanğın zamanı xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR