Bakıda gözəllik salonundan oğurluq edən Ağsu sakini tutulub

Bakıda gözəllik salonundan oğurluq edən Ağsu sakini tutulub
# 31 avqust 2020 11:52 (UTC +04:00)

Bakıda gözəllik salonundan oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsi və Qax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 5-də Nəsimi rayonu ərazisindəki gözəllik salonlarının birindən 1421 manat pul və 80 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Bədəlov Qax rayonu ərazisində saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR