Bakıda iki nəfəri avtomobil vurub

Bakıda iki nəfəri avtomobil vurub
# 07 sentyabr 2020 23:19 (UTC +04:00)

Bakının Xətai və Sabunçu rayonlarında piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

APA xəbər verir ki, Gəncə prospektində qeydə alınmış yol qəzalarının birində 1989-cu il təvəllüdlü Şükürov Rauf Ramiz oğlunu minik avtomobili vurub.

Digər bir hadisə isə Zabrat qəsəbəsində baş verib. 1977-ci il təvəllüdlü Əhmədov Aydın İslam oğlu yolu keçərkən onu naməlum avtomobil vurub. Hər iki yaralı 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR