Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə Dədə Qorqud qəsəbəsində baş verib.
1991-ci il təvəllüdlü Hüseynov Kənan Zərgər oğlu və 1985-ci il təvəllüdlü Babayev Osman İsmayıl oğlu evlərinin yaxınlığında dayanarkən onları avtomobil vurub. Yaralılar xəstəxanaya yerləşdirilib. K.Hüseynova sağ ayağının sınığı, O.Babayevə isə sol qamış sümüyünün sınığı diaqnozları qoyulub.