Bakıda kişi tanışı tərəfindən bıçaqlanıb

Bakıda kişi tanışı tərəfindən bıçaqlanıb
# 31 may 2020 23:58 (UTC +04:00)

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə NZS qəsəbəsində qeydə alınıb.

1976-cı il təvəllüdlü Əhmədov Natiq Nuşirəvan oğlu tanışı ilə yaşadığı evin yaxınlığında mübahisə zamanı bıçaqlanıb.

Yaralı qarnın ön divarının çox saylı kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR