Bakıda mağazadan 34 min manatlıq oğurluq olub

Bakıda mağazadan 34 min manatlıq oğurluq olub
# 19 noyabr 2020 13:23 (UTC +04:00)

Bakıda mağazadan oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 14-də rayon ərazisindəki telefon satışı mağazalarının birindən 34 519 manat dəyərində mobil telefonlar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri O.Mehdiyev və F.Kərimli saxlanılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR