Bakıda narkotik dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb

Bakıda narkotik dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb
# 26 avqust 2020 09:35 (UTC +04:00)

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

APA-nın məlumatına görə, Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş, 1964-cü il təvəllüdlü Əbdül Eyvazov saxlanılıb. Onun üzərində aparılan axtarış zamanı 0,910 qram heroin aşkar edilərək götürülüb.

Nərimanov rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi tərəfindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1986-cı il təvəllüdlü Vasif Davidov saxlanılıb.

Onun üzərindən 7,163 qram marixuana aşkar edilərək götürülüb.

Hər iki fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR