Bakıda qadın tanışını öldürmək istəyən şəxsin cinayət işi məhkəməyə göndərilib

Bakıda qadın tanışını öldürmək istəyən şəxsin cinayət işi məhkəməyə göndərilib
# 21 avqust 2020 18:12 (UTC +04:00)

Bu il yanvarın 22-də paytaxtın Xətai rayonu ərazisində Zümrüd Niftəliyevaya bıçaqla xəsarət yetirilməsi nəticəsində qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə Xətai rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Xətai rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, istintaqla zərərçəkmiş şəxsin tanışı Bəhruz Abdullayevin qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı soyuq silah hesab edilən bıçaqla çoxsaylı zərbələr vuraraq Zümrüd Niftəliyevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR