Bakıda taxıl kombinatının ərazisində döyüş sursatları aşkar olunub - FOTO

Bakıda taxıl kombinatının ərazisində döyüş sursatları aşkar olunub - <span class=FOTO'>
# 27 avqust 2020 08:11 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Bakı şəhərinin Nərimanov rayonundakı taxıl kombinatının ərazisində sursat aşkar olunması barədə məlumat yayıb.

APA xəbər verir ki, bu barədə məlumat nazirliyin "112" qaynar telefon xəttinə daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri qeyd olunan əraziyə cəlb olunub. XRXX-nın mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirib. Aşkar olunan sursata baxış zamanı müəyyən olub ki, bu, döyüş tətbiqinə yararsız olan 1 ədəd 140 mm-lik M-14 raketi, 2 ədəd boş giliz və 1 ədəd PQ-9 raketinin boş mühərrik hissəsidir.

Sursat ANAMA-nın mütəxəssisləri tərəfindən götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Sursatın tapıldığı əraziyə baxış zamanı digər şübhəli əşya aşkar edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR