Bakıda tikintidə kran aşıb, ölən var

Bakıda tikintidə kran aşıb, ölən var
# 26 aprel 2021 16:36 (UTC +04:00)

Bakıda fəhlə faciəvi şəkildə ölüb.

APA xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Neftçi Qurban küçəsində tikilməkdə olan çoxmərtəbəli binada baş verib.

Belə ki, kranın aşması nəticəsində kranda olan iki fəhlədən biri hadisə yerində ölüb, digəri isə ağır yaralanıb.

Faktla bağlı Səbail rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR