Bakıda yol qəzası olub, ölən var

Bakıda yol qəzası olub, ölən var
# 13 noyabr 2020 11:31 (UTC +04:00)

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 12-də saat 21 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini Q.Qocayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Ağstafa rayon sakini Qurban Qurbanovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. 

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR