Bakıda yüksək sürətlə hərəkətdə olan avtomobil qəza törədib - FOTO

Bakıda yüksək sürətlə hərəkətdə olan avtomobil qəza törədib - FOTO
# 04 yanvar 2021 22:27 (UTC +04:00)

Bakının Nəsimi rayonunda iki minik avtomobili toqquşub.

APA xəbər verir ki, hadisə Cavadxan küçəsində qeydə alınıb.

Metronun Memar Əcəmi stansiyasının yaxınlığında “BMW” markalı nəqliyyat vasitəsinin sürücüsü yüksək sürətlə hərəkətdə olan zaman qəfil idarəetməni itirib. İdarəetmədən çıxan avtomobil eyni istiqamətdə hərəkətdə olan “KİA” markalı nəqliyyat vasitəsinə çırpılıb. Toqquşma güclü olduğundan, hər iki avtomobil deformasiyaya uğrayıb.

Faktla bağlı Nəsimi Rayon Dövlət Yol Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR