Balakəndə nişan mərasimi keçirilməsinin qarşısı alınıb

Balakəndə nişan mərasimi keçirilməsinin qarşısı alınıb
# 12 aprel 2021 07:52 (UTC +04:00)

Balakəndə nişan mərasimi keçirənlər inzibati məsuliyyətə cəlb ediliblər.

APA-nın yerli bürosu xəbər verir ki, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə İtitala kəndində yerləşən fərdi yaşayış evində sanitar-karantin qaydalarının pozulması ilə müşahidə edilən nişan mərasimi keçirilməsi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, həmin ünvana baxış keçirilən zaman kənd sakini Səməd Abdullayevin 30-dan artıq qonağının iştirakı ilə qızına nişan mərasimi təşkil etdiyi aşkarlanıb. Polislər tərəfindən ev sahibi, qonaqlar və məclisi təşkil edən şəxslər barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR