Balakəndə yol polisi reyd keçirib, qaydaları pozanlar barədə protokol tərtib olunub

Balakəndə yol polisi reyd keçirib, qaydaları pozanlar barədə protokol tərtib olunub
# 15 aprel 2021 00:14 (UTC +04:00)

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları dayanma-durma qaydalarını pozan sürücülərin müəyyən edilməsi məqsədi ilə reyd keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, reyd zamanı avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən, eləcə də 2-ci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülər aşkar olunub.

Yol polisi əməkdaşları onlarla izahedici söhbətlər aparıb və barələrində inzibati protokol tərtib ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR