DİN Ağdaşda 3 nəfərin öldüyü qəza ilə bağlı məlumat yayıb

DİN Ağdaşda 3 nəfərin öldüyü qəza ilə bağlı məlumat yayıb
# 27 avqust 2020 12:31 (UTC +04:00)

Daxili İşlər Nazirliyini Ağdaşda 3 nəfərin öldüyü yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 26-da saat 3 radələrində Ağdaş şəhəri ərazisində Kotanarx kənd sakini S.Məmmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sərnişinlərindən həmkəndliləri Nəsir Əliyarov hadisə yerində ölüb, özü və digər sərnişinləri Nəsib Əliyarov, Səlim İsmayılov və Şəmistan Qəribov xəstəxanaya yerləşdirilib.

Ş.Qəribov və N.Əliyarov orada ölüb.

Ağdaş RPŞ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR