Gəncə Tibb Kollecinin müəllimi qətlə yetirilib

Gəncə Tibb Kollecinin müəllimi qətlə yetirilib
# 29 avqust 2020 00:47 (UTC +04:00)

Gəncədə qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə M.Gəncəvi küçəsində qeydə alınıb.

Sözügedən küçədə yaşayan Dəmirov Yusif Fərhad oğlu evdə bıçaqla qətlə yetirilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisənin baş verməsi səbəbləri və qətlin kim tərəfindən törədildiyi araşdırılır.

Qeyd edək ki, qətlə yetirilən şəxs Gəncə Tibb Kollecinin “Azərbaycan tarixi“ müəllimidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR