Gəncədə silah-sursat tapılıb - FOTO

Gəncədə silah-sursat tapılıb - FOTO
# 24 aprel 2021 10:47 (UTC +04:00)

Gəncə şəhərində silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, şəhər ərazisində məişət tullantıları üçün nəzərdə tutulan sahələrin birində silah-sursat aşkarlayıblar.

Dərhal ANAMA-nın əməkdaşları həmin əraziyə dəvət olunaraq müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalar zamanı oradan 1 ədəd alışqanı ilə birlikdə “RQH-D”, 1 ədəd “F-1”, qumbaraları və 102 ədəd müxtəlif kalibrli avtomat və tapança patronları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR