Gəncədə bıçaqlanma hadisəsi olub.
APA-nın yerli bürosunun məlumatına görə, 2004-cü il təvəllüdlü Murad Şərifov həmyaşıdı Emin Həsənlini aralarında yaranmış mübahisə zəminində bıçaqlayıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib, əməliyyat olunub.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat axtarışları nəticəsində cinayəti törədən 16 yaşlı Murad Şərifov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.