Goranboyda gizli toy mərasimi keçirmək istəyən şəxslər saxlanılıb

Goranboyda gizli toy mərasimi keçirmək istəyən şəxslər saxlanılıb
# 14 aprel 2021 08:09 (UTC +04:00)

Goranboy Rayon Polis Şöbəsinə rayonun Qaradağlı kəndi ərazisindəki fərdi yaşayış evlərinin birində toy mərasimi keçirliməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək cərimə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR