Hacıqabul sakinindən odlu silah götürülüb

Hacıqabul sakinindən odlu silah götürülüb
# 23 iyul 2020 17:34 (UTC +04:00)

Hacıqabul sakinindən odlu silah götürülüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini, 1967-ci il təvəllüdlü Həşimov Mehti Əfsər oğlundan 5,6 mm kalibrli “TOZ 8” silahı və ona aid 4 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul rayon Polis Şöbəsi tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR