“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi ev dustaqlığına buraxılmayıb

#
# 14:45
21 aprel 2021

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verilib.

APA-nın xəbərinə görə, Binəqədi Rayon Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi təmin edilməyib.

İlqar İsmayılovun vəkili Gülnar Quluzadə bildirib ki, qərarla bağlı apelyasiya şikayəti verilib.

Qeyd edək ki, İlqar İsmayılov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla Cinayət  Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinərək saxlanılıb.

O, Binəqədi Rayon Məhkməsində hakim qarşısında çıxarılıb və barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR