“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibinin şikayəti təmin edilməyib

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibinin şikayəti təmin edilməyib
# 09 aprel 2021 16:10 (UTC +04:00)

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı verilən qərardan apelyasiya şikayətinə verilib.

APA-nın xəbərinə görə, Bakı Apelyasiya Məhkəməsində hakim Ramin Qurbanovun sədrliyi ilə keçirilən iclasda İ.İsmayılovun şikayəti təmin edilməyib.

Qeyd edək ki, rəsmi məlumata görə, istintaqla İ.İsmayılovun 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilməklə Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR