İmişlidə oğurluq edən keçmiş məhkumlar tutulub

İmişlidə oğurluq edən keçmiş məhkumlar tutulub
# 26 aprel 2021 12:09 (UTC +04:00)

Bir qrup İmişli rayon sakini Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək müxtəlif vaxtlarda onlara məxsus mağaza və evlərdən oğurluq edilməsi barədə məlumat veriblər.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, daxil olan müraciətlə İmişli Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən müvafiq əməliyyat-axtarış tədbirləri keçirilib. Nəticədə oğurluq əməllərini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Araşdırmalarla onların əvvəllər məhkum edilmişlər İlkin Əliyev və Taleh Aşurov olduğu müəyyən edilib. Həmin şəxslərin pul, kontur, siqaret, xırdabuynuzlu heyvanlar oğurlamaqla ayrı-ayrı şəxslərə 5 min manatdan artıq ziyan vurduqları müəyyən edilib.

Saxlanılanların rayon ərazisində digər cinayətlər törətmələri istisna olunmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR