Kürdəmirdə Kürdə batan yeniyetmənin meyiti tapılıb - FOTO - YENİLƏNİB-1

Kürdəmirdə Kürdə batan yeniyetmənin meyiti tapılıb - FOTO - YENİLƏNİB-1
# 07 iyul 2020 19:55 (UTC +04:00)

Kürün Kürdəmirdən keçən hissəsində batan şəxsin meyiti tapılıb.

APA-nın yerli bürosu xəbər verir ki, batan gəncin meyiti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

16.59

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Kür çayının Kürdəmir rayonu, Mollakənd kəndi ərazisindən keçən hissəsində 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.

Bu barədə APA-ya FHN-dən bildirilib. Məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

16:38

Kürdəmir sakini Kür çayında batıb.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Mollakənd kənd sakini, 2005-ci il təvəllüdlü Salam İbrahimxəlil oğlu Baxşıyev Kür çayında çimərkən boğulub.

Hazırda S. Baxşıyevin tapılması istiqamətində axtarışlar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR