"Lotu Quli" İstanbulda dəfn olunub

"Lotu Quli" İstanbulda dəfn olunub
# 21 avqust 2020 15:43 (UTC +04:00)

Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifov bu gün İstanbulda dəfn edilib.

APA-nın məlumatına görə, Nadir Səlifov İstanbulun Böyük Çəkməcə rayonundakı qəbiristanlıqda torpağa tapşırılıb.

Qeyd edək ki, avqustun 20-da Türkiyənin Antalya şəhərində yaxın adamı, “Xan Əhmədlinski” ləqəbli Xaqan Zeynalov tərəfindən başından güllələnərək öldürülüb.

Qətllə bağlı X. Zeynalov və daha bir nəfər Türkiyə polisi tərəfindən saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR