Masallıda çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb

Masallıda çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb
# 24 aprel 2021 10:39 (UTC +04:00)

Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, daxil olmuş məlumat əsasında Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən Masallı rayonunun Yeyənkənd kənd sakini N. Şükürov saxlanılıb. Onun yaşadığı evin həyətində əkib-becərdiyi 67 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR