Mənzilində halı pisləşən Sumqayıt sakini xəstəxanada ölüb

Mənzilində halı pisləşən Sumqayıt sakini xəstəxanada ölüb
# 28 may 2020 08:02 (UTC +04:00)

 

Sumqayıt sakini xəstəxanada dünyasını dəyişib.

APA-nın yerli bürosunun məlumatına görə, Sumqayıt şəhər “Birləşmiş məhəllə” sakini, 1979-cu il təvəllüdlü Rzayev Rəşad Rza oğlunun yaşadığı mənzildə qəflətən vəziyyəti pisləşib. 

O, dərhal xəstəxanaya gətirilib. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, 41 yaşlı kişi yüksək dozalı narkotikin təsirindən ölüb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR