Prokurorluq fəhlənin binadan yıxılaraq ölməsi ilə bağlı məlumat yayıb - YENİLƏNİB

Prokurorluq fəhlənin binadan yıxılaraq ölməsi ilə bağlı məlumat yayıb - YENİLƏNİB
# 18 avqust 2020 15:54 (UTC +04:00)

Abşeron rayon prokurorluğu fəhlənin binadan yıxılaraq ölməsi faktı ilə bağlı məlumat yayıb.

Prokurorluqdan APA-ya verilən məlumata görə, avqustun 18-də saat 14 radələrində rayon ərazisində inşa olunan hündürmərtəbəli yaşayış binasından ustanın yıxılaraq aldığı xəsarətlərdən ölməsi barədə Abşeron rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla müəyyən olunub ki, həmin gün saat 13 radələrində 1992-ci il təvəllüdlü Hüseynov Savalan İmamverdi oğlu “Diadem” MMC tərəfindən rayonun "Stansiya Sumqayıt" adlı yaşayış massivində inşa olunan hündürmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində suvaq işləri görərkən yıxılaraq aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, o cümlədən zəruri ekspertizalar təyin olunub.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

***

saat 14:24

Sumqayıt sakini bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin "Stansiya Sumqayıt" yaşayış massivində qeydə alınıb.

Belə ki, ərazidə inşa edilən hündürmərtəbəli binada fəhlə işləyən, 1993-cü il təvəllüdlü Hüseynov Savalan İmamverdi oğlu ehtiyatsızlıqdan yıxılıb. Ağır bədən xəsarətləri alan S. Hüseynov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR