Qazaxda yolu keçmək istəyən yeniyetməni maşın vurub

Qazaxda yolu keçmək istəyən yeniyetməni maşın vurub
# 03 may 2021 21:37 (UTC +04:00)

Qazaxda piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Yolu keçmək istəyərkən avtomobil tərəfindən vurulan şəxs 17 yaşlı Əhmədov Kənan Habil oğlu olub.

Hadisə yerinə Təcili tibbi yardım briqadası və DYP əməkdaşları cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR