Salyanda piyadanı vurub hadisə yerindən uzaqlaşan sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 22-də Salyan rayonunun Çuxanlı kəndi ərazisində müəyyən edilməmiş avtomobil yolu keçən kənd sakini M.Kərimovu vurub. Piyada xəsarətlə xəstəxanaya yerləşdirilib. Sürücü isə hadisə yerindən yayınıb.
Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “VAZ-2106” markalı avtomobilin sürücüsü, Seydan kənd sakini H.Fətəliyev müəyyən edilərək saxlanılıb.